0
Naxçıvan Muxtar Respublikasında 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2% artaraq 16.936 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4% artıb və 481 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8% artaraq 5.579-a çatıb.