Home » Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 18% artıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 18% artıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı 17,8% artıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Report”un yerli bürosuna bildirilib ki, bu ilin 1 iyun tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 18 258 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 18,2% artıb və 506 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,2% artaraq 5 709-a çatıb.

Həmçinin, yanvar-may aylarında Naxçıvanda 2 926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2 790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1% artıb.

Bu ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3%-i elektron qaydada, 27,7%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.