0
Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin mart ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16.935 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz çoxalaraq 472 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4 faiz artaraq 5.541-ə çatıb.