Bu gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilir.
Tədbirdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda sahibkarlığın inkişafı, vergi güzəştləri və digər dəstək mexanizmləri müzakirə edilir. Görüşdə həmçinin, sahibkarlıq subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların müəyyənləşdirilməsi nəzərdə tutulur.