Home » Naxçıvanda fəaliyyət göstərən qadın sahibkarlarla görüş keçirilib

Naxçıvanda fəaliyyət göstərən qadın sahibkarlarla görüş keçirilib

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Tədbirdə qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə dair fikir mübadiləsi aparılıb, biznesə başlamaq və inkişaf etdirmək üçün dövlət dəstəyi tədbirləri və layihələr barədə məlumat verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu departamentinin Naxçıvan regional koordinatorluğunun təşkilatçılığı ilə qadın sahibkarlarla görüş keçirilib.

25-ə yaxın sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə KOBİA-nın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə, bu sahədə dövlət dəstəyi tədbirlərinə və həyata keçirilən layihələrə, özəl qurumların təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, qadın sahibkarların maliyyə resurslarına və satış bazarlarına çıxışı, sərgilərdə iştirakına dəstək mexanizmlərinə dair məlumat verilib.

Həmçinin, görüşdə qadın sahibkarlar uğur hekayələrini bölüşüb, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.