Home » Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

by Aytac
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Qədim diyarda yeni fürsətlər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Karyera Forumu keçirilib.

Naxçıvanda ilk dəfə olaraq keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan MR-nın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan MR-nın iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan MR-nın təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ovni Muradov, Naxçıvan MR-nın gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan MR-nın  rabitə və yeni texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rahid Ələkbərli, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak edib.

“Qədim diyarda yeni fürsətlər” devizi ilə keçirilən Forumun məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

A.Əiyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

Qeyri-formal məşğulluqla mübarizə sahəsində görülən tədbirlərin müsbət nəticələri, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri diqqətə çatdırılıb. DOST Konsepsiyasının innovativ üstünlükləri, artıq 7 DOST Mərkəzinin fəaliyyət göstərdiyi, yaxın vaxtlarda Naxçıvan şəhərində də DOST Mərkəzinin açılacağı bildirilib.

Məşğulluq sahəsində həyata keçirlən islahatlardan bəhs olunub. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparıldığı, məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi üçün aparılan işlər qeyd edilib. Peşəyönümü məsləhət xidməti sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu Forum əmək bazarının tənzimlənməsi, kadr potensialının gücləndirilməsi, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə müzakirə platforması yaratmağa imkan verir.

Forum müddətində 4 yerli və 2 xarici spikerin iştirakı ilə “Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir”, “Bacarıq əmək bazarının cövhəridir” və “Dövr elə bu dövrdür” adlı 3 panel üzrə “Karyera planlaması işinə niyə investisiya edilməlidir?”, “Effektiv Karyera mərkəzlərinin formalaşdırılması”, “Bu günün və sabahın əmək bazarının bizdən gözləntiləri nədir?”, “Bacarıqların gələcəyi, gələcəyin bacarıqları”, “Karyera inkişafında dövlət və özəl əməkdaşlığının perspektivləri”, “Karyera yüksəlişində korporativ mədəniyyət” mövzularında peşəkar zəmində müzakirələr aparılıb, spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində icmallar hazırlanıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.