Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda ÜDM istehsalında artım qeydə alınıb - BBN

Naxçıvanda ÜDM istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 514 179,3 min manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 1088,1 manat olub.

Hesabat dövründə muxtar respublikada 178 272,1 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricisini 13,9 faiz üstələyir. Sənaye məhsulunun 152 237,7 min manatı və ya 85,4 faizi malların, 26 034,4 min manatı və ya 14,6 faizi isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 80,9 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Related posts

Maliyyə savadlılığı rekord həddə düşdü: İqtisadi biliklər “qırmızı xətt”də!

Dollar “gözləmə” rejimində: Yaxın Şərq sülhündən gələcək xəbərlər izlənilir

Robert Kiyosakidən növbəti xəbərdarlıq: “Dolları yox, Bitcoin və qızılı seçin”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı