Home » Nazir: Aqrar sektorun ÜDM-də payının azalması normal iqtisadi prosesdir

Nazir: Aqrar sektorun ÜDM-də payının azalması normal iqtisadi prosesdir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda sənayeləşmə, xidmət sahələri və logistika imkanları genişləndikcə, aqrar sektorun ölkə iqtisadiyyatındakı payının azalması davam edəcək. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Baku TV”yə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ötən ilin sonunda aqrar sektor ÜDM-in 5,7 %-ni təşkil edib. O qeyd edib ki, kənd təsərrüfatında artım olsa da, sektorun ümumi iqtisadiyyatda payının azalması təbii prosesdir:

“Bu, narahatlıq doğuran məsələ deyil. Sənayeləşmə və xidmət sektorunun genişlənməsi fonunda aqrar sektorun payının azalması normaldır. Azərbaycan daha güclü sənaye bazasına malik ölkəyə çevrilir”.

Məcnun Məmmədov əlavə edib ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının ÜDM-də payı 1–2 % civarındadır: “Bizim məqsədimiz aqrar sahədə məhsuldarlığın artırılması və işçi qüvvəsinin daha səmərəli şəkildə çalışmasıdır”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.