Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Nazir BƏƏ nümayənələri ilə fikir mübadiləsi aparıb - BBN

Nazir BƏƏ nümayənələri ilə fikir mübadiləsi aparıb

BƏƏ ilə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin “Sustainable Water Solutions” Holdinqinin idarəedici direktoru və baş icraçı direktoru Əhməd Əl Şəmsi ilə görüşüb.

İqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, təbii resurslardan səmərəli istifadə olunması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verib.

Nazir yeni iqtisadi çağırışlar şəraitində su mənbələrindən səmərəli istifadə və müasir texonoloji həllərə dayanan su idarəçiliyinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində şirkətlə ölkəmizin əməkdaşlıq imkanlarına dair fikirlərini  bölüşüb.

Əhməd Əl Şəmsi  rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqılarını ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Sustainable Water Solutions”şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.

Tərəflər innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıb.

Related posts

ABA-nın icraçı direktoru Yunus Abdulov Türküstanda keçirilən II Mərkəzi Asiya Maliyyə-Bank Forumunda iştirak edib

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!

AccessBank QSC Cisco Ironport üzrə tender elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı