Home » Nazir Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baş çəkib

Nazir Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baş çəkib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şəkidə nazirliyin regional bölmələrinin fəaliyyəti ilə tanış olub, təsərrüfatlara baş çəkib.

Nazir “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-nin Şəkinin Daşüz kəndində yerləşən camışçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, “Aqroservis” ASC-nin Çələbixan qəsəbəsi və Cəfərabad kəndlərində yerləşən regional nümayəndəliklərinə baş çəkib, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza, Sertifikatlaşdırma Mərkəzinin Şəki Regional Mərkəzinin, Aqrar Təlim Mərkəzinin regional bölməsinin, toxumçuluq laboratoriyasının, gübrə anbarlarının, texnika parkının fəaliyyəti ilə maraqlanıb.

Səfər çərçivəsində Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsində toxum anbarlarına, gübrə sınaqlarının aparıldığı qarğıdalı əkini sahələrinə, Şəki Toxum Emalı Zavoduna baxış keçirən nazir görülən işləri dəyərləndirib, öz tapşırıq və tövsiyələrini verib.

Məcnun Məmmədov həmçinin Vərəzət kəndində 8 hektar sahədə salınmış “Bioqarden” aqroekoturizm kompleksi ilə tanış olub, bu sahənin daha da inkişaf etdirilməsi üçün öz təkliflərini verib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.