Home » Nazir Rəşad Nəbiyev Çinə səfər çərçivəsində silsilə görüşlər keçirib

Nazir Rəşad Nəbiyev Çinə səfər çərçivəsində silsilə görüşlər keçirib

by anar
0 comment 0 views 2 minutes read

25-27 sentyabr tarixlərində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində Rəşad Nəbiyev nəqliyyat naziri Li Siopenlə görüşüb. Danışıqlar zamanı iki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib. Görüş zamanı “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyi qeyd edilib.

Tərəflər dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarından danışıb. Müvafiq İşçi qrupunun yaradılması barədə fikir mübadiləsi aparılıb.

Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşdə dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərindən danışılıb. Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən edilib.

Rəşad Nəbiyev, həmçinin ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşüb. Ölkələr arasında əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması, təlimlərin təşkili haqqında danışılıb. Birbaşa uçuşların və təyinat məntəqələrinin artırılması və Çin şirkətləri tərəfindən Azərbaycanın regional hava limanlarının operatorluğuna dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir Çinin aparıcı nəqliyyat şirkətləri olan “Yutong” və “Zhongtong”un rəhbərliyi ilə də görüşüb. Görüş zamanı Bakı şəhərində mobilliyin təmin olunması istiqamətində həyata keçirilən layihələr çərçivəsində elektrik avtobuslarının istifadəsi, eləcə də müvafiq şirkətlər tərəfindən ölkəmizdə istehsal müəssisələrinin yaradılması məsələləri müzakirə edilib.

Aparıcı logistika şirkətlərinin nümayəndələri ilə görüşdə Orta Dəhlizdə iş təcrübəsi olan şirkətlərin təklifləri dinlənilib. Şirkətlər Çinin müxtəlif regionlarını Orta Dəhliz istiqamətində subsidiyalar və yük həcmi kvotaları ayırmağa təşviq edəcəklərini vurğulayıblar.

Səfər zamanı Rəşad Nəbiyev sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə də görüşüb. Görüş zamanı iki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Həmçinin Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nazir, o cümlədən ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşüb. Görüş zamanı iki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb.

Rəşad Nəbiyev, həmçinin “Huawei” şirkətinin rəhbərliyi ilə görüşüb, şirkətin Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Çinin süni intellekt sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün “Huawei” ilə birgə Azərbaycanda Süni İntellekt (AI) laboratoriyasının yaradılması, o cümlədən şirkətin Bakıda “ağıllı” nəqliyyat sisteminin inkişafında iştirakı barədə ilkin razılıq əldə olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.