0
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molçan ilə görüşüb.
Görüşdə Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işlər və bu istiqamətdə UNECE-nin göstərə biləcəyi mümkün dəstək məsələləri müzakirə olunub.
Eyni zamanda COP29 çərçivəsində təşkil olunacaq “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası barədə müzakirə aparılıb.