Home » Nazirlər Kabineti tikintiyə icazələrin uzadılması ilə bağlı müddəti dəyişdi

Nazirlər Kabineti tikintiyə icazələrin uzadılması ilə bağlı müddəti dəyişdi

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Respublikası Nazirlər Kabineti tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması prosedurunda dəyişiklik edib.

BBN.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, eləcə də müxtəlif məcəllə və qanunlara edilmiş dəyişikliklərin icrasından irəli gələrək verilib. Sənəd Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 424 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 5 iyul 2016-cı il tarixli 264 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar” sənədinə düzəliş edilib.

Belə ki, sənədin 10-cu hissəsinin birinci cümləsində yer alan “3 (üç) iş günü müddətində” ifadəsi “qərar verildiyi andan dərhal sonra” sözləri ilə əvəz olunub.

Bu dəyişiklik tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı qərarların daha operativ icrasını təmin etməyə yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.