Home » Nazirlik uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə etdi

Nazirlik uşaq evinin şagirdlərinə noutbuklar hədiyyə etdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri 15 Sentyabr Bilik günü münasibəti ilə 1 saylı uşaq evini ziyarət ediblər.

Covid-19 pandemiyası şəraitində təhsil müəssisələrində dərslərin onlayn formada təşkili ilə əlaqədar uşaq evinin məktəbli şagirdləri üçün noutbuklar hədiyyə edilib.

Uşaq evinin yüksək surətli internetlə təmin edilməsi üçün “Baktelecom”  şirkəti tərəfindən müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, daha əvvəl də nazirlik tərəfindən 1 saylı uşaq evinin məktəblilərinə kompüterlər hədiyyə edilib.

Həmçinin nazirlik əməkdaşları “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri ilə birlikdə evlərində internet xətti və kompüterinin olmaması səbəbindən distant təhsilə qatıla bilməyən şagirdlərə planşet və dərs ləvazimatları hədiyyə edib.

“Aztelekom” MMC tərəfindən şagirdlərin evlərinə telefon və rabitə xətti çəkilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.