2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:
- İş yerinə dair e-arayış xidməti
- Əlilliyə dair e-arayış xidməti
- Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
- Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
- Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
- Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
- Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
- Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
- Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
- Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
- Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
- Fərdi şəxsi hesab barədə e-arayış xidməti
- Məşğulluq altsistemindən e-arayış xidməti
- Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
- Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.
Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.