0
![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
İclasda vətəndaşın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə 2020-ci il 21 dekabr tarixində keçirilmiş müsahibənin nəticəsi ilə bağlı müraciətinə baxılıb. Vətəndaşın iştirakı ilə keçirilən iclasda müraciəti dinlənilib, hərtərəfli araşdırılıb və müzakirə olunub.
Apellyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilib.