Home » Nazirlər Kabineti icra məmurlarına nəzarət qaydalarını yeniləyib

Nazirlər Kabineti icra məmurlarına nəzarət qaydalarını yeniləyib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra elektron hərracların, eləcə də dəyəri 5 000 manatdan az olan daşınar əmlakın Dövlət satınalmaları haqqında qanun tələblərinə uyğun müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsi və tələblərin təmin edilməsinin növbəliliyi öyrəniləcək.

Əvvəllər isə hərracların və ya dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışı üçün sifarişlərin verilməsi və tələblərin təmin edilməsinin növbəliliyi araşdırılırdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.