Home » Neftə tələb azala bilər – PROQNOZ

Neftə tələb azala bilər – PROQNOZ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq bazarda cari ildə neftə tələb ötən ilə nəzərən gündəlik 99.5 milyon barel səviyyəsindən gündəlik 88.1 milyon barel səviyyəsinə geriləyə bilər. Bu barədə, Norveç mərkəzli “Rystad Energy” araşdırma şirkətinin hesabatında qeyd olunub. Neftə olan tələbdə yarana biləcək 11.5%-lik geriləmə koronavirus pandemiyasının iqtisadiyyata təsirləri ilə əlaqələndirilib. Hesabatda, may ayı üzrə tələbin gündəlik  78.5 milyon barel, iyun ayında isə gündəlik 84 milyon barel olması proqnozlaşdırılıb.

“Rystad” hesabatında avtomobil nəqliyyatı üzrə neft məhsullarına tələbin ötən il ilə müqayisədə 9.9% azalaraq gündəlik 42.7 milyon barel, hava nəqliyyatı üçün isə 40.8% azalaraq  gündəlik 4.3 milyon barel səviyyəsinə geriləyəcəyini vurğulayıb. Cari ildə  ABŞ-da neft məhsullarına tələb gündəlik 18.1 milyon barel, Avropada isə gündəlik 12 milyon barel olacaq.

Hesabatda, 2021-ci ildə neft və neft məhsullarına tələbin qismən bərpa olunaraq gündəlik 96.3 milyon barel səviyyəsində qərarlaşacağı göstərilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.