Home » Neft bahalaşdı: Orta Şərq gərginliyi investorları ehtiyatlandırır

Neft bahalaşdı: Orta Şərq gərginliyi investorları ehtiyatlandırır

by yunus
0 comments 0 views 1 minutes read

Bazar ertəsi neft qiymətləri yüksəlib. İnvestorlar Orta Şərqdəki gərginliyin tədarükə mümkün təsirlərini qiymətləndirərkən, Rusiya–Ukrayna sülh danışıqlarında hələ də ciddi maneələrin qalması bazarlarda qeyri-müəyyənliyi artırıb.

BBN.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 0,92% və ya 56 sent artaraq $61,20/barel səviyyəsinə yüksəlib.
ABŞ WTI xam nefti isə 0,9% bahalaşaraq $57,25/barel olub.

Xatırladaq ki, hər iki əsas göstərici cümə günü qlobal tədarük artığı riski və Ukrayna üzrə mümkün sülh razılaşması ilə bağlı gözləntilər fonunda 2%-dən çox ucuzlaşmışdı. Həmin danışıqlar Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında baş tutmalı idi.

Analitiklərin fikrincə, Orta Şərqdə geosiyasi risklər neft bazarında qiymətləri dəstəkləsə də, qlobal tədarük balansı əsas risk olaraq qalır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.