Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Neft bazarında "təlatümlü" stabillik: Kəskin enişdən sonra qiymətlər yenidən dirçəlməyə çalışır! - BBN

Neft bazarında “təlatümlü” stabillik: Kəskin enişdən sonra qiymətlər yenidən dirçəlməyə çalışır!

ABŞ və İran arasındakı sülh ümidləri ilə ötən gün darmadağın olan neft qiymətləri itkilərini geri qazanmağa başlayıb! Dünənki kəskin ucuzlaşmadan sonra “qara qızıl” bu gün səhər saatlarında cüzi artımla ticarət olunur.İnvestorlar sülh xəbərlərinin yaratdığı ilk şoku atlatmağa çalışaraq, bazarın real tələb-təklif balansına fokuslanıblar.

Analitiklər qeyd edir ki, hər nə qədər Vaşinqton və Tehran arasındakı razılaşma ehtimalı neftin bollaşacağı gözləntisini yaratsa da, bazar hələ də rəsmi imzaların atılmasını gözləyir. Qiymətlərin bir qədər stabilləşməsinə səbəb həm də treyderlərin “ucuzlaşmış” nefti toplamaq istəyidir. Lakin bir məsələ dəqiqdir: Yaxın Şərqdə sülh rüzgarı əsməyə davam etdikcə, neft bazarı hər an yeni bir eniş dalğasına hazır olmalıdır. Enerji nəhəngləri və böyük dövlətlər indi nəfəslərini dərərək növbəti diplomatik gedişi gözləyirlər!

Related posts

Hürmüz boğazı bağlandı: Neft bazarlarında 3%-lik sıçrayış

Avropa təbii qaz qiymətləri: “Bazar şoku” və qeyri-müəyyənlik

Warşın Fedi: Pul-kredit siyasətinin yenilənməsi üçün “ağırçəkili” işçi qrupları yaradıldı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı