
Beynəlxalq bazarlarda neft qiymətləri əsasən sabit qalıb. “Brent” markalı neftin bir barelinin qiyməti cüzi artımla 67,50 ABŞ dolları, WTI isə 63,69 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Analitiklərin sözlərinə görə, ABŞ-da neft və benzin ehtiyatlarının artması, istehsalçı qiymətlərinin düşməsi və əmək bazarının soyuması ölkədə tələbin zəiflədiyini göstərir. Bu isə qiymətlərin kəskin dəyişməsinin qarşısını alır.
Geosiyasi gərginliklər — Qətərdə hədəflərə zərbələr, Polşada Rusiya dronlarının vurulması kimi hadisələr bazara psixoloji təsir göstərsə də, təchizatda ciddi risklər görünmür.
Ekspertlər gələn həftə Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini 25 baza bəndi azalda biləcəyini istisna etmirlər. Avropa Mərkəzi Bankının isə mövcud faiz dərəcələrini dəyişməyəcəyi gözlənilir.







