Home » “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşəbbüslərinin müzakirəsinə həsr olunan beynəlxalq tədbir keçirilib

“Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşəbbüslərinin müzakirəsinə həsr olunan beynəlxalq tədbir keçirilib

by ulviyya
0 rəy 4 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi və “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) təşkilatçılığı ilə “Sənayenin “xalis sıfır”a gedən yolunu formalaşdırmaq və “OGDC”nin ambisiyalarını həyata keçirmək” mövzusunda beynəlxalq tədbir keçirilib.

Tədbirdə SOCAR, bp, “Saudi Aramco”, “ADNOC”, “Petronas”, “TotalEnergies”, “ExxonMobil” kimi beynəlxalq enerji şirkətlərinin, “Ətraf Mühitin Mühafizəsi Fondu”nun (EDF), Beynəlxalq neft-qaz sənayesində ətraf mühitin mühafizəsi Assosiasiyasının (IPIECA), Beynəlxalq Enerji Agentliyinin (IEA), Dünya Bankı kimi nüfuzlu təşkilatların, həmçinin “WOOD”, “Baker Hughes”, “SLB”, “Uniper”, “Mitsubishi Corporation”, “Honeywell”, “Fortescue”, “Bain & Company”, “Boston Consulting Group”, “Wolters Kluwer Enablon” kimi bir sıra tanınmış şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

İlk öncə “OGDC” barədə ətraflı məlumat verilib, təşkilatın inkişafı, gələcək hədəfləri, habelə əhatə dairəsinin genişləndirilməsi imkanlarına dair müzakirələr aparılıb. Qlobal miqyasda neft-qaz şirkətlərinin dekarbonizasiya fəaliyyətinə “OGDC”-nin təşəbbüslərinin təsiri, Xartiya üzvləri tərəfindən emissiyaların azaldılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib, mövzu üzrə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı üzv təşkilatların 2050-ci ilə qədər neft-qaz əməliyyatlarında dekarbonizasiya fəaliyyətlərini dəstəkləməklə, “xalis sıfır”a nail olunması “OGDC”-nin əsas hədəfi kimi qeyd olunub.

SOCAR-ın prezidenti Rövşən Nəcəf panel sessiyasında çıxış edərək, şirkətin dekarbonizasiya hədəfləri, enerji keçidi və davamlı inkişafın təmin olunmasına dair fəaliyyəti, emissiyaların azaldılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. Rövşən Nəcəf COP29 ərəfəsində “OGDC” tədbirinin SOCAR-ın dəstəyi ilə Bakıda keçirilməsinə dair şirkətin təşəbbüsün, iqlim dəyişmələri ilə mübarizə və bu sahədə qlobal çağırışlara həssas yanaşmanın göstəricisi olduğunu qeyd edib.

Tədbirdə “OGDC”nin fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlıq bildirilib, bu kimi tədbirlərin Xartiyanın icrasına önəmli töhfələr verəcəyi, habelə əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayacağı vurğulanıb.

Qeyd etmək istərdik ki, SOCAR 2023-cü ildə COP28 zamanı irəli sürülmüş “OGDC” Xartiyasının həmtəsisçilərindən biri olmaqla, Xartiyanın Rəhbər Komitəsində təmsil olunan 12 şirkətdən biridir. OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.