Home » Neftin qiymətləri Çindən gələn hesabat və Türkiyə zəlzələsindən sonra təchizat narahatlığına görə artıb

Neftin qiymətləri Çindən gələn hesabat və Türkiyə zəlzələsindən sonra təchizat narahatlığına görə artıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik. Cümə axşamı neftin qiymətləri Çindən gələn optimist iqtisadi hesabat və Türkiyənin bir çox əyalətlərində baş verən zəlzələdən sonra əsas ixrac terminalında təchizat qıtlığı narahatlığına görə artıb.

BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.66 dollar, yaxud 0.89% bahalaşaraq 74.77 dollara ticarət edilir.

Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.64 dollar, yaxud 0.79% artaraq 81.63 dollara satılır. Təbii qazın qiymətləri isə 0.03 dollar, yaxud 1.02% yüksələrək 2.48 dollara ticarət edilir.

Qeyd edək ki, Reuters-in neft bazarını araşdıran 1000-dən çox enerji mütəxəssisləri arasında apardığı araşdırmaya əsasən xam neftin dəyəri hazırkı qiymət aralığından olduqca yüksəkdir. Söhbət isə 2027-ci ilə qədər 1 barrelinə görə 90 dollardan gedir. Bazar ertəsi səhəri Brent xam neftinin qiyməti 1 barrelinə görə 85 dollardan aşağı ticarət edilirdi. Bildirək ki, 2023-cü il ilə bağlı proqnozlar isə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən 4-10 dollar aralığında yüksəkdir. 2023-cü ildə bütün analizləri nəzərə alaraq isə xam neftin qiyməti ilə bağlı proqnoz isə onu göstərir ki, Brent-in qiyməti orta hesabla 1 barrelinə görə 87 dollar olacaq.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.