Home » Neftin qiymətlərinin kəskin artmasının və dolların ucuzlaşmasının səbəbi məlum oldu

Neftin qiymətlərinin kəskin artmasının və dolların ucuzlaşmasının səbəbi məlum oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bu gün, cümə axşamı neftin qiymətləri son 3 həftənin ən yüksək səviyyəsinə çatıb. Çinin Covid-19 ilə bağlı olaraq karantin qaydalarını yumşaltması yanacağa olan tələbin artacağı ümidlərini artırır. Eləcə də ABŞ-da müşahidə edilən soyuq hava şəraiti enerji istehsalına təsir edir və qiymətlərin yüksəlməsini dəstəkləyir. 

BBN.az zawya.com-a istinadən xəbər verir ki, Qrinviç saatı ilə 07:12-də Brent xam neftinin qiyməti 52 sent, yaxud 0.6% yüksəlib. WTI xam neftinin qiyməti isə 48 sent yaxud 0.6% artım göstərib. Bu isə sessiyanın əvvəlindən, dekabrın 5-dən bu yana ən yüksək artım hesab edilir.  

Ötən həftənin cümə günü isə Brent neftinin qiyməti 3.6%, WTI xam nefti isə 2.7% dəyər əldə etmişdir və bu isə oktyabrdan bu yana ən böyük həftəlik artım hesab edilirdi.

Bazar ertəsi günü Britaniya və ABŞ səhm bazarları isə Milad bayramı həftəsi üçün bağlanış etmişdilər. Həmçinin Çinin bir başqa bəyanatında isə deyilirdi ki, ölkə yanvarın 8-dən etibarən xarici turistlər üçün karantin tələblərini sona çatdırır. Çinin son bəyanatlarından sonra isə dollar yumşalmaya başlayıb və ucuz dollar isə nefti digər valyuta sahibi alıcılar üçün daha aşağı edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.