Home » “Netflix”: “Warner Bros ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək”

“Netflix”: “Warner Bros ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək”

by yunus
0 comments 0 views 1 minutes read

“Warner Bros” ilə bağlanan müqavilə daha çox filmi kinoteatrlara gətirəcək”.

BBN.az xəbər verir ki, bu sözləri Netflix-in həmsədri Ted Sarandos deyib.

O deyib ki, şirkətin Warner Bros Discovery-ni satın alması kinoteatrlarda daha çox filmin nümayişinə səbəb ola bilər.

İki şirkətin birləşməsi film sənayesi üçün müsbət nəticələr verə bilər. “Netflix” ötən ilin dekabr ayında Warner Bros-un film studiyalarını və rəqəmsal yayım əməliyyatlarını 72 milyard dollara almaq üçün razılaşma imzalayıb.

Şirkətin Warner Bros-u alması ehtimalı Hollivudda narahatlıq yaradıb. Kino şəbəkələri və həmkarlar ittifaqları birləşmənin kinoteatrlarda göstərilən filmlərin sayını azalda biləcəyini bildiriblər.

ABŞ Ədliyyə Nazirliyi də satışın sənayeyə təsirini qiymətləndirmək üçün araşdırmalara başlayıb. “Netflix” isə “Warner Bros” filmlərini ən azı 45 gün yalnız kinoteatrlarda nümayiş etdirməyi planlaşdırdığını açıqlayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.