Home » “Netflix”in abunəçi sayı 5 milyondan çox artıb

“Netflix”in abunəçi sayı 5 milyondan çox artıb

by yunus
0 comments 1 views 1 minutes read

Qlobal internet televiziya şəbəkəsi “Netflix” bu ilin üçüncü rübündə 5 milyondan çox abunəçi qazanıb.

BBN.az xəbər verir ki, “Netflix” cari ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 9,8 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 8,5 milyard dollar olaraq hesablanmışdı.

“Netflix”in xalis mənfəəti üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 41 faiz artaraq 2,4 milyard dollara yüksəlib. Keçən ilin üçüncü rübündə Netflix-in xalis mənfəəti 1,7 milyard dollar hesablanmışdı.

Şirkətin bir səhm üzrə qazancı həmin dövrdə 3,73 dollardan 5,4 dollara yüksəlib.

“Netflix”in abunəçilərinin sayı isə ilin üçüncü rübündə 5,07 milyon artıb. Bununla da şirkətin dünya üzrə abunəçilərinin sayı illik 14,4 faiz artaraq 282,72 milyon nəfərə çatıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.