Home » NFC ödənişlərini TamKartla apar, 100 manat keşbek qazan!

NFC ödənişlərini TamKartla apar, 100 manat keşbek qazan!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ödənişləri TamKartla və NFC-ni dəstəkləyən cihazlarla aparmaq indi daha da sərfəlidir. Çünki ABB-nin elan etdiyi yeni silsilə kampaniya müddətində TamKartla (mobil telefonla ödəmələr, GarminPay, ApplePay, GooglePay və s.) ödənişləri toplam 100 manata çatanda müştəri əlavə keşbeklər qazanacaq. Kart sahibləri müxtəlif ticarət və xidmət məkanlarında, o cümlədən kafe və restoranlarda, marketlərdə, yanacaqdoldurma məntəqələrində, onlayn alış-verişlərində bu imkandan istifadə edə bilərlər.

Kampaniya hər dəfə 14 gün olmaqla 8 həftə davam edəcək. Kart sahibləri konkret müddətlərdə bu məkanlar üzrə ödənişlərindən 5% keşbek qazanacaqlar:

Marketlərdə: 03.10.22 – 16.10.2022

Yanacaqdoldurma məntəqələrində: 17.10.2022 – 30.10.2022 

Kafe və restoranlarda: 31.10.2022 – 13.11.2022 

Geyim, elektronika dükanlarında və e-ticarətdə: 14.11.22 – 27.11.2022

Hər 2 həftəlik müddətdə eyni müştəri maksimum 25 manat keşbek qazana bilər. Bütün kampaniya müddətində isə bir müştərinin 100 manata qədər keşbek qazanmaq imkanı var. Bundan faydalanmaq istəyən müştəri ABB mobile-da hər kampaniya üçün ayrılıqda “Qoşul” düyməsini seçməlidir. Kampaniya barədə daha ətraflı məlumatları buradan əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.