Home » Növbəti hərracda 20 nəqliyyat vasitəsi və metal çiv satılıb

Növbəti hərracda 20 nəqliyyat vasitəsi və metal çiv satılıb

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 sentyabr tarixində keçirilən hərracda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.

Hərraca çıxarılan əmlaklara 69 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 5000 manat olan 24,5 ton metal çiv 11.000 manata, start qiyməti 6.500 manat olan “Ford Transit” markalı nəqliyyat vasitəsi isə 9.065 manata satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə  linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 17 və 30 sentyabr tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.