Home » Növbəti hərracda 21 nəqliyyat vasitəsi satılıb

Növbəti hərracda 21 nəqliyyat vasitəsi satılıb

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 may tarixində keçirilən hərracda 21 nəqliyyat vasitəsi satılıb.

Hərraca çıxarılan əmlaklara 103 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 500 manat olan “MTZ-82” markalı traktor 4.050 manata, start qiyməti 4.250 manat olan “Volkswagen Passat CC” markalı nəqliyyat vasitəsi isə 5.700 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Avz9p linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar 4, 11 və 25 iyun tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.