Home » Növbəti maarifləndirici aksiya Xaçmaz və Masallıda keçirilib

Növbəti maarifləndirici aksiya Xaçmaz və Masallıda keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun (“Mətanət A”, Neftçala Avtomobil Zavodu, “A.M.O.” MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə sosial aksiya davam edir.

Növbəti maarifləndirici aksiya Xaçmaz və Masallı rayonlarında təşkil olunub. Aksiya zamanı “KOB Dostu” və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maska paylanılıb.

Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyul ayından başlayıb və 20-yə yaxın şəhər və rayonunu əhatə edəcəkdir. Qarşıdakı günlərdə aksiya Salyan, Quba, Qusar, Ağdaş, Şəki, Şamaxı, Gəncə, Naftalan və Ağcabədidə təşkil olunacaqdır.

Qeyd edək ki, indiyədək maarifləndirici aksiya ölkənin 11 şəhər və rayonunda təşkil olunub və aksiya çərçivəsində vətəndaşlara ümumilikdə 15 min 700-ə yaxın tibbi maska paylanılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.