Home » Noyabr ayında DVX-nin Aparatında 80 vətəndaş qəbul edilib

Noyabr ayında DVX-nin Aparatında 80 vətəndaş qəbul edilib

by anar
0 comment 0 views 1 minutes read

2024-cü ilin noyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44.350 müraciət daxil olub ki, onların 96,7 faizini ərizələr, 3,2 faizini şikayətlər, 0,1 faizini isə müxtəlif təkliflər təşkil edib. Daxil olmuş müraciətlərdən 68,5 faizinin baxılması oktyabr ayı ərzində başa çatdırılıb, 31,5 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 40 faizi həll olunub, 62,1 faizi barədə müvafiq izahatlar verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.

Noyabr ayı ərzində daxil olmuş şikayətlərin faktiki sayı 1.150 olub. Həll edilmiş şikayətlərin 71,1 faizi kameral vergi yoxlamaları, qalanları vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, ƏDV depozit hesabı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, riskli vergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 80 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.