![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Bu ilin noyabr ayında Türkiyədə illik inflyasiya 62%-ə yüksələrək son 11 ayın ən yüksək səviyyəsinə çatıb. Bu, oktyabr ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Qeyd edək ki, ötən ay qiymət artımı kommunal xidmətlər üzrə 26%-dən 37,5%-ə, spirtli içkilər və tütün məmulatları üzrə 62%-dən 71,4% -ə, geyim və ayaqqabılar üzrə 39,2%-dən 40,7%-ə, rabitə xidmətləri üzrə isə 46,7%-dən 48,2%-ə çatıb. ərzaq məhsullarının inflyasiyası 72%-dən 67,2%-ə, nəqliyyat xidmətlərinin inflyasiyası isə 72%-dən 70%-ə düşüb.