Home » Noyabrın 15 və 22-də özəlləşdirmə hərracı keçiriləcək

Noyabrın 15 və 22-də özəlləşdirmə hərracı keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 15 və 22-də özəlləşdirmə hərracları keçiriləcək.

Noyabrın 15-də keçiriləcək hərraca 6 səhmdar cəmiyyətin səhm paketi, 10 dövlət obyekti, 36 nəqliyyat vasitəsi, noyabrın 22-də təşkil olunacaq hərraca 15 dövlət obyekti və 37 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, tikinti, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Yaponiya, Almaniya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: (https://bit.ly/3mmNVpB).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.