Home » NRYT Nazirliyinin dəstəyi ilə koronavirusa həsr edilmiş yeni jurnal nəşr olunacaq

NRYT Nazirliyinin dəstəyi ilə koronavirusa həsr edilmiş yeni jurnal nəşr olunacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyinin dəstək verdiyi “Applied and Computational Mathematics” jurnalının dünyanın tanınmış alimlərinin koronavirusla bağlı yeni elmi nəticələrinin yer alacağı xüsusi buraxılışı nəşr olunacaq.

Tijuana Texnologiya İnstitutunun professoru, qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində tanınmış alim Oskar Kastillo adıçəkilən jurnalın “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılışının çap olunması təklifi ilə çıxış edib.

Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun (Covid-19) yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunacaq.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.