Home » NRYT Nazirliyinin nümayəndələri GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun iclasında iştirak ediblər

NRYT Nazirliyinin nümayəndələri GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun iclasında iştirak ediblər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun növbəti – 17-ci iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

Üzv ölkələrin aidiyyəti qurumlarının rəsmilərinin qatıldığı videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, İqtisadiyyat nazirlikləri və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil ediblər.

Onlayn tədbirdə regional logistik platformanın yaradılması konsepsiyası, GUAM Nəqliyyat Dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) ilə əməkdaşlıq mövzuları müzakirə predmeti olub.

İclas iştirakçılarına ölkəmizdə “COVID-19” pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində nəqliyyat sektorunda həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və bir neçə digər sahələr qəbul edilib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanın təşkilatda sədrliyi çərçivəsində cari ilin mart-aprel aylarında planlaşdırılan bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.