Home » Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiyada işgüzar səfərdədir

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiyada işgüzar səfərdədir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Moskva şəhərinə işgüzar səfər edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev və “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinlə ikitərəfli görüşlər keçirib.

Nazir Maksut Şadayevlə keçirilmiş görüşdə iki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəlinib.

Baş direktor Dmitri Roqozinlə təşkil olunmuş görüşdə isə Azərbaycan Respublikasının Kosmik Agentliyi ilə “Roskosmos” arasında əməkdaşlığın cari vəziyyəti və perspektiv birgə layihələr müzakirə olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.