30 noyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” nun növbəti iclası keçirilmişdir.
İclasda əsasən ödəniş kartları ilə işin təşkili, o cümlədən əvvəlcədən ödənilmiş kartların emissiyası, V Beynəlxalq Bankçılıq Forumunda təqdim ediləcək mövzular, həmçinin, maliyyə və qeyri-maliyyə xidmətləri üzrə bölgünün daha effektiv formada müəyyən edilməsi və digər cari məsələlər müzakirə olunmuşdur.
İclas zamanı sözügedən məsələlər barədə ekspertlər arasında fikir mübadiləsi aparılmışdır.