6
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14 milyon 741 min ədəd təşkil etmişdir.
BBN.az Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artmışdır.
Ay ərzində bankomatların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6%, POS-terminalların isə 16.1% artmışdır.