Home » “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

06 sentyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn görüşü keçirilmişdir.

Görüşdə ödəniş kartları ilə aparılan əməliyyatlarda təsərrüfat subyektlərinin ticarət kodlarının (MCC kodlar) müəyyən edlməsi və bu sahədə beynəlxalq ödəniş sistemlərinin təcrübəsinin əsas götürülməsi müzakirə edilmişdir. Görüş zamanı, həmçinin, ödəniş kartları ilə əməliyyatlarda, xüsusən də ekvayrinq xidmətinin göstərilməsi üzrə beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən xidmət haqlarının sıçrayışlı artımı və bunun ekosistemə təsirləri də müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.