Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir.
Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9% təşkil etmişdir.
Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3% artmışdır. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcəkdir.
Yeni əməliyyat çərçivəsinə uyğun olaraq Mərkəzi Bankın müxtəlif müddətli (1, 3, 6 və 9 aylıq) notlarının yerləşdirilməsi adekvat gəlirlik əyrisinin formalaşmasına şərait yaradır. Oktyabr-noyabr aylarında dövriyyədə olan notların həcmi 660 mln. manat və ya 2.3 dəfə artmışdır. Not bazarında iştirak edən bankların sayı da artır. Dövr ərzində notların ikinci bazar seqmentində 194 mln. manatlıq əməliyyat baş tutmuşdur.