Home » Ölkədə bank kartlarının sayı 19 milyona çatıb

Ölkədə bank kartlarının sayı 19 milyona çatıb

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Ötən ayın sonuna Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı may ayında nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil edib.

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 21.5%, kredit kartları üzrə 12.6% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artıb. 2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,103 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,122 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 972 mln. manatı POS terminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.5%-ni təşkil etmişdir.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.5%, POS-terminalların sayı 19.5% artıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.