Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ölkəmiz Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunacaq - BBN

Ölkəmiz Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunacaq

Azərbaycan Respublikasının AZSTAND vasitəsilə Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunması 1 yanvar 2026-cı il tarixindən reallaşdırılacaq.

Azərbaycan Rpublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) vasitəsilə ölkəmiz 1 yanvar 2026-cı il tarixindən Beynəlxalq Elektrotexniki Komissiyada (IEC) assosiativ üzv qismində təmsil olunacaq.

IEC-ə üzvlüyün əsas məqsədi elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyaların sürətləndirilməsi və beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasından ibarətdir.

Assosiativ üzvlük statusu həm IEC-in standart bazasından yararlanmağa, həm də bu təşkilatın elektrik, elektronika, sənaye, informasiya-kommunikasiya texnologiyaları, robototexnika və nanotexnologiyalar sahələrinin standartlaşdırma üzrə texniki komitələrində iştirak imkanı qazandıracaq. Bu, ölkəmizdə həmin sahələrin inkişafını stimullaşdıracaq, eləcə də yeni texnologiyaların mənimsənilməsinə, beynəlxalq və innovativ yanaşmaların tətbiqinə şərait yaradacaq.

Qeyd edək ki, cari ilin oktyabr ayında AZSTAND-ın IEC-ə assosiativ üzv qismində qəbulu tələblərinin təmin edilməsi məqsədilə Milli Elektrotexniki Komitə təsis edilib.

Qeyd: IEC konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşrini həyata keçirən, elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən müvafiq sahədə xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır.

Related posts

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı