Home » Ölkədə xarici ticarət dövriyyəsi ötən ilə nisbətdə azalmışdır

Ölkədə xarici ticarət dövriyyəsi ötən ilə nisbətdə azalmışdır

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2024-cü ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 72 ölkəyə məhsul ixrac olunmuş, 124 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3270,0 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 2127,9 milyon dollarını və ya 65,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 1142,1 milyon dollarını (34,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 985,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 28,8 faiz, real ifadədə 18,0 faiz, o cümlədən idxal 29,7 faiz, ixrac isə 12,8 faiz azalmışdır.

2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz,real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 16,7 faizi İtaliya, 15,9 faizi Türkiyə, 10,1 faizi İsrail, 8,9 faizi Rusiya, 7,3 faizi Çin, 4,0 faizi Tailand, 3,1 faizi Hindistan, 3,0 faizi Portuqaliya, 2,6 faizi Tunis, 2,4 faizi Gürcüstan, 2,2 faizi İndoneziya, 2,1 faizi Bolqarıstan, 2,0 faizi Almaniya, 1,7 faizi Belarus, hər biri 1,6 faiz olmaqla İspaniya və Yunanıstan, 1,4 faizi ABŞ, 1,3 faizi İran, 1,2 faizi Ukrayna, 1,1 faizi Türkmənistan, 9,8 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.