Home » Omanın İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Omanın İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

by anar
0 comments 0 views 1 minutes read

Ölkəmizə səfər çərçivəsində Oman Sultanlığının İqtisadiyyat Nazirliyinin və İnvestisiya İdarəsinin nümayəndələrindən ibarət heyət “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin əməkdaşları tərəfindən Azərbaycanın KOB evi modeli, KOB evlərində sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlər barədə məlumat verilib. 

Qeyd olunub ki, vahid məkanda sahibkarlara xidmət mərkəzi olan KOB evlərində biznesin planlaşdırılmasından başlayaraq sahibkarlığa başlanılması və inkişafı üzrə dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər göstərilir. Hazırda ölkə üzrə 4 KOB evi və 1 xidmət mərkəzi sahibkarların istifadəsindədir. KOB evlərində 50-dən çox dövlət və özəl qurum tərəfindən 400-ə yaxın “G2B” və “B2B” xidməti təqdim olunur. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. KOB evi modeli artıq bir sıra ölkələrin diqqət mərkəzindədir və bu modellə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb. 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.