Home » Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan islahatlar, bu sahədə innovativ yeniliklər barədə məlumat verilib

Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan islahatlar, bu sahədə innovativ yeniliklər barədə məlumat verilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun iştirakı ilə “Caspian Energy Club”un onlayn B2G biznes-forumu keçirilib.  

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bu kimi biznes-forumların əhəmiyyətini və böyük maraq doğurduğunu, hazırkı tədbirin də sosial müdafiə sahəsində islahatlara həsr olunduğunu qeyd edib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial sahədə aparılan islahatlar barədə məlumat verən H.Məmişov pensiya və müavinətlərin, təqaüdlərin şəkildə artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Bu sahəyə ayrılan vəsaitlərdəki ciddi artımı, pensiya, müavinət və təqaüdlərin təyinatının elektronlaşdırıldığını qeyd edib. Fondun publik hüquqi şəxsə çevrildiyini bildirən H.Məmişov bunun ilk növbədə qurumun fəaliyyətində inzibatçılıqdan əhaliyə xidmət modelinə keçidi təmin etdiyini vurğulayıb.

O, Fondda struktur islahatlarını və bu islahatların optimal və şəffaf idarəçilik, əhaliyə xidmətin keyfiyyətinin artırılması baxımından müsbət nəticələrini qeyd edib. Sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması sahəsində görülən işləri diqqətə çatdırıb. Ciddi maliyyə qənaətləri formalaşdırıldığını, 238 mln. manatın qənaət olunmaqla büdcəyə qaytarıldığını deyib.

H.Məmişov  sosial təmimnat sahəsində qanunvericiliyə edilən, həssas qrupların daha dolğun təminatına şərait yaradan dəyişikliklər barədə də məlumat verib.

Verilən məlumatlar, habelə pensiya, müavinət və təqaüdlərin proaktiv təyinatı sahəsində innovativ yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

H.Məmişov iştirakçıların suallarını cavablandırıb. Ölkənin aparıcı şirkətlərinin təmsil olunduğu forumda sığortaedənləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.