Home » OPEC+ monitorinq komitəsi neft bazarındakı vəziyyəti nəzərdən keçirəcək

OPEC+ monitorinq komitəsi neft bazarındakı vəziyyəti nəzərdən keçirəcək

by yunus
0 comments 0 views 0 minutes read

OPEC+ ölkələrinin nazirlərdən ibarət monitorinq komitəsi neft bazarındakı mövcud durumun müzakirəsi və saziş üzrə öhdəliklərin icrasının qiymətləndirilməsi məqsədilə onlayn toplantı keçirəcək.

BBN.az xəbər verir ki, komitə hər iki aydan bir toplanır. Bu formatda keçirilən son görüş iyulun 28-də baş tutmuşdu. Növbəti iclasın isə Bakı vaxtı ilə saat 16:30-da başlanacağı gözlənilir.

Bundan əlavə, oktyabrın 5-də OPEC+ çərçivəsində G8 formatında toplantı keçiriləcək. Həmin görüşdə noyabr ayı üzrə neft hasilatı planı müəyyənləşdiriləcək.

Qeyd edək ki, monitorinq komitəsinin hasilatla bağlı qərar vermək səlahiyyəti yoxdur. Komitənin əsas vəzifəsi OPEC+ sazişinə əməl olunmasını izləmək və bazar tendensiyalarını təhlil etməkdən ibarətdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.