
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2026-cı il üzrə gündəlik xam neft hasilatı ilə bağlı yeni proqnozunu açıqlayıb.
BBN.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə OPEC ölkələri üzrə gündəlik orta neft hasilatının 33.08 milyon barel olacağı gözlənilir.
Hesabata görə, cari ildə bu göstərici 32.84 milyon barel, ötən il isə 32.44 milyon barel təşkil edib.
Qeyd edək ki, EIA-nın proqnozları bazar tələbləri, qlobal iqtisadi şərtlər və OPEC-in hasilat siyasəti nəzərə alınaraq hazırlanır.





