
Texnologiya nəhəngi OpenAI, Oracle ilə dəyəri 300 milyard dollar olan iri həcmli bulud hesablama müqaviləsi bağlayıb.
BBN.az-ın məlumatına görə, bu saziş Oracle-ın “Amazon Web Services”, “Microsoft Azure” və “Google Cloud” kimi əsas rəqibləri ilə rəqabətində mühüm üstünlük qazanması kimi dəyərləndirilir. Razılaşmaya əsasən, Oracle-ın bulud infrastrukturu beş il müddətində OpenAI-nin genişlənən əməliyyatlarını dəstəkləyəcək.
Müqavilə süni intellekt sahəsində artan infrastruktur tələbinin göstəricisi olmaqla yanaşı, Oracle-ı OpenAI üçün əsas bulud tərəfdaşına çevirir. The Wall Street Journal yazır ki, tarixdə ən iri sövdələşmələrdən biri hesab edilən bu razılaşma çərçivəsində 4,5 giqavat güc təmin ediləcək.






