Home » “Operational Risk” seminarı keçirilmişdir

“Operational Risk” seminarı keçirilmişdir

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

27-28 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) və “KPMG Azerbaijan”ın birgə təşkilatçılığı ilə ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun üzvləri, həmçinin bankların daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və maliyyə monitorinqi üzrə rəhbər şəxsləri və mütəxəssisləri üçün “Operational Risk” seminarı təşkil edilib.

Seminarda əsasən əməliyyat risklərinin idarə edilməsində əsas tendensiyalar və meyllər, eləcə də əməliyyat riski üzrə kapitalın hesablanması üçün “SMA” modelinin tətbiqi üzrə beynəlxalq təcrübəyə toxunulub.

Tədbirin spikeri isə “Kept”in maliyyə risklərinin idarəedilməsi üzrə direktoru, bank sektorunda 20 ildən çox təcrübəyə malik olan Dinara Maksumova olub.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.