
“Oracle” şirkətinin səhmlərində baş verən kəskin ucuzlaşma nəticəsində şirkətin həmtəsisçisi Larri Ellisonun sərvəti bir gün ərzində təxminən 27 milyard dollar azalıb. BBN.az “Forbes”a istinadən xəbər verir ki, 12 dekabr tarixinə Ellisonun sərvəti 249 milyard dollar təşkil edir və o, dünyanın üçüncü ən varlı şəxsi olaraq qalır.
Məlumata görə, 11 dekabr sessiyasında “Oracle” səhmləri zəif maliyyə nəticələri və borclarla bağlı narahatlıqlar səbəbilə 10,8 % ucuzlaşaraq 198,85 dollar səviyyəsinə enib.
“Citi” analitiki Tayler Radken bildirir ki, şirkət növbəti üç il ərzində ildə 20–30 milyard dollar borc cəlb etməli ola bilər. CNBC yazır ki, investorlar “Oracle”ın süni intellekt infrastrukturu yaratmaqla bağlı aqressiv planlarını və bu layihələrin yüksək borclanma tələblərini riskli hesab edirlər.







